Mayın 22-də Xocalı rayon sakinlərinin kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara qan vermək məqsədilə aksiya təşkil edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğu üçün qan banklarında yaranmış qan azlığı probleminin həlli təşəbbüsünə əsasən qanvermə aksiyasına 100-dən çox rayon sakini qoşulub.
Qanvermə aksiyası Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xocalı Rayon Publik Hüquqi Şəxs”in binasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Gəncə Bölməsinin əməkdaşları tərəfindən gigiyenik qaydalara əməl edilməklə keçirilib.